Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib
Qazaxıstanın Jambıl vilayətinin Merke kəndində “Nuray” məktəbəqədər təhsil mərkəzinin 10 şagirdi xəstəxanaya yerləşdirilib.
Fhnews.az Jambıl vilayətinin İcra Hakimiyyətinə istinadla verdiyi xəbərə görə, uşaqlarda kəskin bağırsaq infeksiyası, bir uşaqda isə enterovirus aşkarlanıb. Bir uşaq reanimasiyadadır, lakin həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.
İşçi qrupu yaradılıb. Artıq Sanitar Epidemioloji Nəzarət İdarəsi tərəfindən yoxlama aparılır, nümunələr götürülüb, ekspertizanın nəticəsi gözlənilir.
Uşaq təhsil mərkəzi iki gün bağlıdır, binalar dezinfeksiya edilir.
Rusiyada hərbi helikopter qəzaya...
Böyük Britaniyada audiokitabların...
Qazaxıstanda uşaq mərkəzində infeksiya:...
Çilidə dünyanın ən böyük rəqəmsal...
Çin alimləri xərçəngin müalicəsində...