“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub
Energetika naziri Pərviz Şahbazovla “ExxonMobil” şirkətinin vitse-prezidenti John Ardill arasında görüş keçirilib.
Fhnews.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə şirkətlə “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, yeni əməkdaşlıq imkanları, həmçinin şirkətin qlobal təcrübəsi və planları ilə bağlı məsələlər nəzərdən keçirilib.
Vitse-prezident John Ardill metan emissiyalarının, əməliyyat xərclərinin azaldılması, hasilatın artırılmasını təmin edən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr, eləcə də karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsi və hidrogenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir Pərviz Şahbazov isə Azərbaycanın enerji balansında neft, qaz, bərpaolunan enerjinin yer almasını təşviq edən enerji siyasəti, müxtəlif marşrutları əhatə edən yaşıl enerji dəhlizləri və bərpaolunan enerjinin elektrik enerjisinin istehsal gücündə 2030-cu ildə 35,5 faizə çatdırmağı hədəfləyən layihələrindən bəhs edib. Bildirilib ki, Xəzər dənizinin Azərbaycan seqmentindəki külək enerjisi potensialı Avropa ölkələrinin enerji ehtiyaclarını qarşılamaq üçün alternativ bir mənbə kimi təklif olunur. Bərpaolunan enerjinin daha da inkişaf etdirilməsi məqsədilə batareya sistemləri və saxlama texnologiyalarına diqqət yetirilir. Həmçinin hidroakkumulyasiya sistemləri üzərində işlər aparılır.
Söhbət zamanı müasir enerji reallıqları və enerji təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar barədə də fikir mübadiləsi aparılıb.
Maliyyə Nazirliyində kollegiya iclası...
bp-nin Azərbaycanda icraçısı olduğu...
“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin...
bp şirkəti ilə əməkdaşlığın...
Səkkiz avtobus marşrutunun hərəkət sxemi...