Astronavtların Beynəlxalq Kosmik Stansiyadan qayıdış vaxtı məlum olub
3 ABŞ astronavtı və bir rus kosmonavtın Beynəlxalq Kosmik Stansiyadan (BKS) qayıdışı martın 18-nə planlaşdırılıb.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Aerokosmik Agentliyi NASA məlumat yayıb. Bildirilir ki, “SpaceX” şirkətinə məxsus kosmik gəmi artıq BKS ilə birləşib. Hava şəraiti uyğun olduqda gəmi sabah stansiyadan ayrılaraq Yerə qayıdacaq. 5 saatlıq uçuşdan sonra Florida ştatı sahillərinə eniş planlaşdırılır.
Qeyd edək ki, ABŞ astronavtları stansiyaya 2024-cü il iyunun 5-də 2 həftəlik missiya üçün gediblər. Lakin texniki problemlərə görə qayıdış dəfələrlə təxirə salınıb. ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə əvvəlki hakimiyyəti astronavtların taleyinə biganəlikdə ittiham edib.
Qazaxıstanda qar uçqunu nəticəsində bir...
Qazaxıstanda ilin əvvəlindən baş verən...
İndoneziyada 6 bal gücündə zəlzələ baş...
ABŞ-da tornado və şiddətli fırtınalar...
Dənizdə sirrə qədəm qoyan baş nazir...