FHN-in Gəncə Regional Mərkəzi təlim keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib.
Təlimə Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.
Təlimin keçirilməsində məqsəd Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi, eləcə də aidiyyəti qurumlar arasında belə hallarda koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti avtomobil qəzası zamanı avtomobillərdə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişlərin” xilas edilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi və avtomobil yolunda müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi kimi əməliyyatlar uğurla icra olunub.
Təlimin sonunda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarının və...
Müdafiə Nazirliyinin və Fövqəladə Hallar...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Vəkilliyə namizədlər üçün Vəkil...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...