Ağalı kəndində İlaxır çərşənbəsi sevinci
Zəngilan rayonun Ağalı kəndində Novruz bayramı və İlaxır çərşənbəsi münasibətilə musiqili-əyləncəli konsert təşkil olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, konsertdə mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif musiqilər səsləndirilib. Həmçinin Novruz personajları Kosa, Keçəl, Bahar qızının iştirakı ilə uşaqlar üçün əyləncəli proqram təşkil edilib.
Sonda kənd sakinləri qonaqlarla bərabər tonqal ətrafında yallı gediblər. Birlik və bərabərlik rəmzi olan yallıdan sonra bayram şənliyi evlərdə, ailə ortamında davam edib.
AQTA ISO beynəlxalq standartı üzrə iki...
Qrip fəsadlarının müayinə və müalicə...
FHN-in Gəncə Regional Mərkəzi təlim...
FHN-in Mülki müdafiə qoşunlarında Novruz...
Xalqımızın mədəni-tarixi irsi olan...