Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə biləcək qeyri-pedaqoji ixtisasların siyahısı açıqlanıb
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcək.
Hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir.
Müəllimlərin işə qəbulu müsabiqəsində...
Prezidentin AMEA-nın 80 illiyi ilə bağlı...
Agentlik bayramdan sonra ilk dərs...
Məktəbəhazırlıq qrupları üzrə şagird...
Elm və təhsil naziri “Yüksəliş”...