İtaliya sahillərində miqrantların olduğu qayıq batıb
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
Fhnews.az xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 6-sı kişi və 4-ü qadın olmaqla, 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb. Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.
Mühacirlərin Fil Dişi Sahili, Seneqal, Qvineya və Malayziya vətəndaşları olduqları bildirilib.
Tunisin Sfaks şəhərindən yola çıxan rezin qayıqda 56 nəfər olub.
Bundan başqa, ötən gün Lampeduza adasına beş qayıqla, ümumilikdə, 213 miqrant gəlib. Hazırda adadakı miqrant düşərgəsində 230 nəfər var.
Misir piramidalarında tapılan sürpriz...
Dünyada hər 5 nəfərdən 1-i iqlim...
“Santander” bankı Britaniyada...
İtaliya sahillərində miqrantların olduğu...
NASA Ayda gün batımının şəkillərini ilk...