20 mart 2025, cümə axşamı Bakı, 6°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Misir piramidalarında tapılan sürpriz skeletlər

20-03-2025
IMG

Alimlər Misir koloniyasında piramidanın içərisində gizlənmiş təəccüblü skeletlər aşkar ediblər.

Qədim Misirin Tombos koloniyasında, indiki Sudan sərhədlərində tapılan skeletlərdə intensiv fiziki fəaliyyətin aşkarlanması, yalnız zadəganların dəfn olunduğu hesab edilən piramidalar haqqında fikirləri dəyişə bilər.

Leiden Universitetindən arxeoloq Sarah Şrader “New Scientist”ə tapılan skeletlərdə əzələlərin, vətərlərin bağlandığı sümük səthlərində izlər axtardıqlarını söyləyib. 

“Journal of Anthropological Archeology” jurnalında dərc edilən araşdırmada, skeletlərin bəzilərinin demək olar ki, heç vaxt fiziki fəaliyyət göstərməyən şəxslərə, bəzilərinin isə həyatları boyu sıx fiziki fəaliyyətlə məşğul olan insanlara aid olduğu ifadə edilib. Bu halda fiziki aktivliyi az olan şəxslər dəbdəbəli həyat sürən zadəganlar, yüksək aktivliyə malik şəxslər isə ağır işlərdə çalışan aşağı statuslu insanlar olardı.

Mütəxəssislərin fikrincə, zəngin Misir zadəganları ilə adi insanların fiziki aktivlik səviyyələri o qədər fərqli idi ki, bu fərqi sadəcə onların skeletlərinə baxmaqla aşkar etmək olardı.

İşçilərin ağaları ilə birlikdə dəfn edilməsinin səbəbi, axirətdə də xidmətlərinə davam etmələri lazım olduğu inancı ilə bağlı olduğu təxmin edilir.

“Əgər bu zəhmətkeşlər həqiqətən də aşağı sosial-iqtisadi statusa malik idilərsə, bu, elitaların yalnız monumental məzarlarda dəfn edildiyinə dair ənənəvi rəvayətlərə meydan oxuyur”-deyə alimlər bildirib. Piramidalar ümumiyyətlə Misirlə eyniləşdirilsə də, müasir Sudanda yerləşən Kuş Krallığında təxminən 80 piramidanın tikildiyi məlumdur.

Misirdəki piramidaların əksəriyyəti Köhnə və Orta Krallıq dövründə fironlar və onların həyat yoldaşları üçün tikilmişdir.Amma ən məşhur piramidalar hələ də Misirdədir.

Bunların arasında Giza piramidaları və pilləli piramida kimi tanınan Firon Djoserin piramidası var.

Giza piramidası Misirin ən böyük piramidası olsa da, e.ə. 2667-2648-ci illər arasında tikilmiş Djoser Piramidası ən qədim piramida kimi tanınır.

Paylaş: