İspaniyada daşqın
Ötən gün İspaniyanın cənubunu vuran "Lorens" qasırğası güclü yağış və daşqınlara səbəb olub. 2 nəfər həyatını itirib, yüzlərlə insan təxliyə edilib. Leysan yağışlar səbəbindən ümumilikdə 52 yol nəqliyyatın hərəkətinə bağlanıb.
Əndəlüs bölgəsinin Sevilya şəhərində sel sularının apardığı avtomobildə olan iki nəfərin cəsədinin tapıldığı bildirilib.Bazar ertəsindən Kordobada bir nəfərin itkin düşdüyü və axtarış işlərinin davam etdiyi öyrənilib.
Malaqada güclü yağışlardan sonra Quadalhorce və Campanillas çaylarının daşması nəticəsində küçələri su basıb.
Məktəblər bağlanıb, fövqəladə hallar xidməti daşmış çayların ətrafındakı ərazilərdə təxminən 370 evi təxliyə edib.
Evlərində sıxışan şəxslər qruplar tərəfindən xilas edilib. "Martinyo" qasırğasının bu gün də İspaniyada təsirli olacağı və leysan yağışların yağacağı gözlənilir.
Vyetnamın üzən bazarları...
İqlim dəyişikliyinin təsirləri 2024-cü...
Pakistan və Əfqanıstan arasında sərhəd...
Rusiyada çaylarda buzların əriməsi...
İspaniyada daşqın...