23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Almaniya 13 ildən sonra yenidən Dəməşqdə səfirliyini açıb

20-03-2025
IMG

Almaniyanın Suriya üzrə xüsusi nümayəndəsi Stefan Şnek 13 ildən sonra ölkəsinin Dəməşqdəki səfirliyini yenidən açdığını açıqlayıb.

Şnek X sosial media platformasında verdiyi açıqlamada xarici işlər naziri Annalena Baerbokun Suriyanın paytaxtı Dəməşqdəki Almaniya səfirliyini bu gün rəsmi olaraq yenidən açdığını açıqlayıb.

Qeyd edək ki, Almaniya 2012-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra Dəməşqdəki səfirliyini bağlamaq məcburiyyətində qalmışdı.

Paylaş: