23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

20-03-2025
IMG

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeçiliyində olan sukanal idarələri qəza-bərpa və təmir-tikinti briqadalarının usta heyəti üçün qoşulma sahəsində aparılan islahatlar, görülən işlər, yeni qanunvericiliyinin tələbləri və qarşıda duran vəzifələr mövzusunda təlim-treyninqlər keçirilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, təlim iştirakçılarına yeni qoşulma qaydalarına əsasən həyata keçirilən proseslər çərçivəsində texniki şərtlərin verilməsi prosedurları izah olunub, layihə sənədlərinin hazırlanması, icra mexanizmlərinin tətbiqi, vətəndaş-qurum münasibətlərinin minimuma endirilməklə şəffaflığın daha da artırılması, proseslərin tam elektron formada həyata keçirilməsi üsulları diqqətə çatdırılıb.

Bununla yanaşı su təchizatının etibarlılığının təmin olunması, baş vermiş qəzaların aradan qaldırılması və su itkilərinin minimuma endirilməsi məqsədilə görüləcək işlər barədə ətraflı məlumatlar verilib.

Paylaş: