Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub
Türkmənistanın Berzengi sanatoriyasında ağacəkmə kampaniyası çərçivəsində ənənəvi “Dünya mətbəxi” müsabiqəsi keçirilib.
Türkmənistanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlar iştirak edib. Azərbaycanı bu tədbirdə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi təmsil edib.
Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, qədim adət-ənənələr, dekorativ-tətbiqi sənət nümunələri və Novruzun əsas atributları sərgilənib.
Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinə böyük maraq göstəriblər. Qonaqlara milli mətbəx nümunələri də təqdim olunub.
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov da ölkə rəsmiləri ilə birgə Azərbaycan stendi ilə tanış olub.
Azərbaycan Səfirliyinə tədbirdə xüsusi iştiraka görə sertifikat təqdim olunub.
Azərbaycan Səfirliyinin nümayəndələri Novruz bayramının ortaq dəyərlərindən bəhs edib, bu bayramın sülh, dostluq və birliyi simvolizə etdiyini vurğulayıblar.
İstanbulda Azərbaycanın milli mədəni...
Türkmənistan prezidenti Azərbaycan...
21 Mart - Beynəlxalq Novruz Günüdür...
Bir qrup mədəniyyət xadimi Mədəniyyət...
Azərbaycan ilə Qətər arasında mədəni...