24 mart 2025, bazar ertəsi Bakı, 6°C
IMG-LOGO

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

22-03-2025
IMG

Qazaxıstanda Astana-Karaqanda-Sortirovoçnaya xəttində “Turksib Astana” adlı özəl daşıyıcı şirkətə məxsus Kostanay-Almatı marşrutu üzrə hərəkət edən sərnişin qatarında yanğın baş verib.

Fhnews.az “Qazaxıstan Temir Jolı” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və ya həlak olan yoxdur. Yanğın baş verən vaqon qatardan ayrılıb.

“Hadisə yerinə Astana stansiyasından yanğınsöndürmə qatarı göndərilib. Yanğın dəmiryol işçiləri və Fövqəladə Hallar Departamentinin əməkdaşları tərəfindən söndürülüb. Hadisənin səbəbləri və şəraiti araşdırılır”, - deyə məlumatda bildirilir.

Paylaş: