23 mart 2025, bazar Bakı, 7°C
IMG-LOGO

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb

22-03-2025
IMG

Xaçmaz rayonunun Ağaverdioba kəndindən keçən ortatəzyiqli qaz xətti naməlum səbəbdən zədələnib.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, bu səbəbdən 13 kənddə təbii qazın verilməsində müvəqqəti fasilə yaranıb. Hazırda 2500-dək abonentin yenidən mavi yanacaqla təminatı üçün iş aparılır.

Abonentlərdən qaz avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsiz tədbirlərinə riayət etmək tövsiyə olunur.

Paylaş: