Nigerdə məsciddə törədilən terror aktı nəticəsində 44 nəfər ölüb
Nigerin cənub-qərbində məscidə hücum nəticəsində ən azı 44 nəfər həyatını itirib. Hücumla əlaqədar 3 günlük milli matəm elan edilib.
Ölkənin Daxili işlər naziri Mohamed Toumba dövlət televiziyası vasitəsilə dünən Kokorou bölgəsindəki Fonbita kəndindəki məsciddə törədilən terror aktı nəticəsində ən azı 44 nəfərin həyatını itirdiyini açıqlayıb.
Nazir 4-ü ağır 13 nəfərin yaralandığı hücumun DEAŞ terror təşkilatına bağlı təşkilatlar tərəfindən həyata keçirildiyini qeyd edib.
Digər tərəfdən, hökumət hücumla əlaqədar bu gündən başlayaraq 72 saatlıq milli matəm elan edib.
Norveçdə İkinci Dünya müharibəsi dövrünə...
Cənubi Koreyada güclü meşə yanğınları...
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə...
Asiya qitəsi 2025-ci il Dünya Saatı...
Qrenlandiyanın buz təbəqəsi təhlükə...