24 mart 2025, bazar ertəsi Bakı, 6°C
IMG-LOGO

Malatyada 50 milyon illik xəzinə

22-03-2025
IMG

Türkiyənin Malatya bölgəsinin Akçadağ rayonunda yerləşən və 65 milyon illik geoloji formalaşma nəticəsində meydana gəldiyi ifadə edilən təbiət möcüzəsi olan Levent Vadisi geoloji xüsusiyyətləri ilə yanaşı mədəni sərvətləri ilə də diqqət çəkir.

Akçadağ rayon mərkəzinə 15 kilometr aralıda olan, təbiəti və coğrafi gözəllikləri ilə son illərdə yerli və xarici turistlərin tez-tez ziyarət etdiyi vadidə Xet və Roma sivilizasiyasının izləri də var. Vadinin içərisindəki Küçükkürnə səmtindəki çoxlu qaya məzarları və sıralı mağaralar görənlərin diqqətini çəkir.

İnsan-geoloji əlaqələr baxımından xüsusi əhəmiyyətə malik olduğu bildirilən mağaraların dünya mirası olduğunu qeyd edən İstanbul Universitetinin professoru Yıldırım Güngörun sözlərinə görə, Levent Vadisində başlayan mağara sistemi əslində çox böyük bir ərazini əhatə edir və o zamanlar burada minlərlə insan yaşayırdı. Vadi tektonizm nəticəsində əmələ gəlmişdir. Tektonizm vadini meydana gətirərkən eroziya başlamış və bu mağaralar açılmağa başlamışdır. Ən əhəmiyyətli mağaralardan biri də təxminən 5 milyon illik mağaralardır. Bölgə Roma dövründə bir çox insanın yaşadığı əhəmiyyətli yaşayış yerlərindən biridir.

Paylaş: