FED-in 2024-cü ildə əməliyyat zərəri 77,6 milyard dollar olub
ABŞ Federal Ehtiyat Sistemi (FED) 2024-cü ildə 77,6 milyard dollar əməliyyat itkisi olduğunu açıqlayıb. Bank 2024-cü il üçün audit edilmiş maliyyə hesabatlarını dərc edib. Hesabatda Bankın 2023-cü ildə 114,3 milyard dollar əməliyyat zərəri olduğu açıqlanıb. Bu dövrdə FED-in zərərinin həcminin azalması diqqət çəkib.
FED sonuncu dəfə 2022-ci ildə 58,8 milyard dollar mənfəət əldə edib.Ötən il bankın faiz xərcləri 226,8 milyard dollara düşüb. Bu məbləğ 2023-cü ildə 281,1 milyard dollar olaraq qeydə alınıb.
Faiz gəlirləri 2023-cü ildəki 174,5 milyard dollardan keçən il 158,8 milyard dollara qədər azalıb.
Sözügedən dövrdə FED-in itkisi, 2020 və 2021-ci illərdə təsirli olan Covid-19 epidemiyasından sonra 2022 və 2023-cü illərdə yüksələn inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrini artırması ilə bağlı olub.
Göydəki sirli işıq...
Marsda yeni kəşf...
Avropa İttifaqı rəqəmsal sürücülük...
“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək...
Türkiyə dərsliklərindəki Türk dünyası...