26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Cənubi Afrikada aviaşouda təyyarə qəzaya uğrayıb

24-03-2025
IMG

Cənubi Afrikada Keyptaunun şimalındakı Saldanha qəsəbəsində keçirilən “West Coast Air Event” tədbirində çıxış edən təyyarə qəzaya uğrayıb. Təyyarənin pilotu Ceyms O'Konnell hadisə yerində dünyasını dəyişib.

Manevrlər edən təyyarənin yerə çırpıldığı anlar tamaşaçılar tərəfindən anbaan lentə alınıb.

Şahidlərin ifadələrinə görə, nümayişin əksər hissəsində təyyarənin nəzarət altında olduğu görünürdü. Lakin son manevrlərin birində təyyarə qəfil hündürlük itkisi yaşayıb və yerə çırpılmadan əvvəl kəskin eniş edib.

Paylaş: