26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Piramidaların min illik sirri

24-03-2025
IMG

Qahirədəki Giza Piramidaları min illərdir ki, tarix həvəskarları və elm adamları üçün sirr mənbəyi olaraq qalır. Ancaq son təəccüblü kəşf piramidaların sirlərini daha da dərinləşdirib. İtaliyanın Piza Universitetindən bir qrup alim radar texnologiyasından istifadə edərək Xafre piramidasının 640 metr altında gizli bir yeraltı şəhər və su sistemi kəşf etdiklərini iddia edib. Bu kəşf qədim dünyanın naməlum simasını işıqlandırmaq yolunda mühüm addım hesab olunur. 

Beləki, İtaliyanın Piza Universitetinin tədqiqatçılar qrupu Misirin paytaxtı Qahirədə yerləşən dünyanın yeddi möcüzəsindən biri olan Giza piramidalarının altında “nəhəng şəhər” aşkar etdiklərini iddia ediblər. Tədqiqatçılar, 4500 il əvvəl tikilmiş Giza piramidalarını təşkil edən üç quruluşdan biri olan Xafre piramidasının 640 metr altında su sistemi aşkar etdiklərini deyiblər. Qrup aşkar edilən yeraltı yolların daha da dərinə getdiyini və strukturların altındakı yerin dərinliklərində radar impulslarından istifadə etdiklərini bildirib.

Yeni araşdırmada Yer orbitindəki iki peykdən Xafre piramidasına radar siqnallarının göndərildiyi bildirilib. Siqnalları səs dalğalarına çevirərək gizli yeraltı tikililərin üç ölçüdə xəritələndiyi açıqlanıb. Bəzi alimlər yeraltı şəhər ideyasının doğru olmadığını iddia edirdilər.

Bununla belə, italyan tədqiqatçılar öz işlərinin Xafre piramidasının, xüsusən də “Rekordlar Zalı”nın sirlərini gizlədə biləcəyini irəli sürüblər. Böyük Giza Piramidasının və ya bölgədəki Sfenks heykəlinin altında yer aldığı güman edilən Rekordlar Zalının qədim sivilizasiyaya aid məlumatların olduğu güman edilir.

Paylaş: