ABŞ-da təxminən 1,3 milyon Ford pikap maşını ilə bağlı araşdırma başladılıb
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi mexaniki nasazlıq səbəbindən təxminən 1,3 milyon Ford pikap maşını ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Açıqlamada yoxlamanın 2015-2017 model F-150 pikaplarını əhatə etdiyi bildirilib.Açıqlamada gözlənilmədən sürət endirməsinin avtomobilin ani və sürətlə yavaşlamasına səbəb olduğu, bəzi şikayətlərdə isə sürəti endirərkən avtomobilin arxa təkərlərinin müvəqqəti olaraq kilidləndiyi, bunun da avtomobilin idarəetməni itirməsinə səbəb olduğu, qəza və yaralanma riskini artırdığı qeyd edilib.
Açıqlamada təxminən 1,3 milyon Ford F-150 pikap maşınına qarşı istintaq başladıldığı ifadə edilib.
Taylandda ənənəvi festivala hazırlıq...
ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...
Fransada iki kəşfiyyat təyyarəsi...
Göydəki sirli işıq...