26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Çin və Tailand birgə dəniz təlimləri keçirəcək

24-03-2025
IMG

Çin və Tailandın Cənubi Çin dənizinin şimalında birgə dəniz təlimi keçirəcəyi açıqlanıb.

Çin Müdafiə Nazirliyindən verilən açıqlamada, təlimin Cənubi Çin dənizinin şimalında, Çinin Quandun əyalətinin Canciang şəhəri yaxınlığında keçiriləcəyi bildirilib.

Açıqlamada qeyd edilib ki, təlimdə terrorla mübarizə taktikası, dəniz qüvvələrinin birgə hücum əməliyyatları və sualtı qayıqlara qarşı döyüş hazırlığı mövzusuna diqqət yetiriləcək.

Təlimin iki ölkənin hərbi dəniz qüvvələri arasında sayca 6-cı belə fəaliyyət olduğu və praktiki əməkdaşlıq və birgə əməliyyat imkanlarının artırılması məqsədinin olduğu vurğulanıb.

Paylaş: