26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Parisdə referendum

24-03-2025
IMG

Fransanın paytaxtı Parisdə 500 kücə və prospektin hərəkətə bağlanması və yaşıllaşdırılması üçün referendum keçirilib. Bələdiyyənin referendumla bağlı təklifi qəbul olunarsa, Paris küçələrinin onda biri nəqliyyatın hərəkəti üçün bağlanacaq. 

Bu, 2023-cü ildən bəri üçüncü referendumdur. Parislilər 2023-cü ildə skuterlərin qadağan edilməsinə səs veriblər. 

Statistikalar göstərir ki, 2000-ci illərin əvvəllərində Parisdə sosialist merlərin vəzifəyə başlamasından sonra nəqliyyat vasitələrinin hərəkəti yarıbayarı azalıb.

2014-cü ildə hakimiyyətə gələn Sosialist Partiyasının meri Anne Hidalqo da şəhərdə gözə çarpan dəyişikliklər edib. 2020-ci ildə 84 kilometr uzunluğunda velosiped yolu tikilib. Covid epidemiyasından sonra velosipeddən istifadə 71 faiz artıb. Paris Bələdiyyəsi 2020-ci ildən bəri 10 min parkinq yerini ləğv edib.

500 küçə və prospektin nəqliyyatın hərəkətinə bağlanaraq onların yerində 170 min ağacın əkilməsi nəzərdə tutulub.

Qərarı dəstəkləyənlər nəqliyyatın hərəkəti üçün bağlanan ərazilərin daha az səs-küylü olduğunu müdafiə edirlər. Buna qarşı çıxanlar isə bu fikirdədirlər ki, yolların hərəkətə bağlanması nəqliyyat problemini həll etməyəcək.

Qeyd edək ki, yaşıllıqlar Parisin yalnız 26 faizini təşkil edir. Avropa paytaxtlarında isə  bu göstərici orta hesabla 41 faizdir.

Paylaş: