26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər
 

24-03-2025
IMG

Astana şəhərinin Yesil rayonunda çoxmərtəbəli binalardan birində ikinci mərtəbə ilə dördüncü mərtəbə arasında yanğın baş verib.

Fhnews.az Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, FHN əməkdaşları avtomatik nərdivan və üçbucaqlı nərdivandan istifadə edərək tüstü ilə dolu zonadan 13 nəfəri, o cümlədən 6 uşağı xilas ediblər. Bundan başqa, 12 uşaq daxil olmaqla, daha 45 nəfər pilləkənlər vasitəsilə təxliyə edilib.

Yanğın operativ şəkildə söndürülüb. Yanğının səbəbi araşdırılır.

Paylaş: