Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.
Restoran yanğından mühafizə olunub.
Gəncədə mənzildə yanğın olub (video)...
Liftdə qalmış 6 nəfər xilas edilib...
Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi...
Lerik rayonu ərazisində dərəyə yıxılaraq...
Güzdək qəsəbəsində sexdə yanğın...