25 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

CAR-da hava şousu zamanı təyyarə qəzaya uğrayıb, pilot ölüb

23-03-2025
IMG

Cənubi Afrika Respublikasının (CAR) qərbindəki Saldanya şəhəri yaxınlığında hava şousu zamanı bir nəfərlik təyyarə qəzaya uğrayıb, pilot həlak olub.

Fhnews.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Məlumatda 2 000-ə yaxın insanın “Impala” təlim təyyarəsinin qəzaya uğramasının şahidi olduğu qeyd edilib. Təyyarə qəzaya uğrayaraq yanıb. Pilot vaxtında katapulta edə bilməyib.

Hadisə zamanı digər xəsarət alan olmayıb.

Radiostansiyanın məlumatına görə, təyyarənin qəzaya uğramasına güclü külək səbəb ola bilərdi.

Paylaş: