25 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var

23-03-2025
IMG

Berlinin Şpandau rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

Fhnews.az “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, gecə saatlarında başlayan yanğın nəticəsində xəsarət alanlar var. Yanğından xilas olmaq üçün eyvandan atılan bir nəfər ağır xəsarət alıb. Həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb.

Bəzi mənzillər yaşayış üçün yararsız hala düşdüyündən sakinlər başqa yerlərdə yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.

Paylaş: