Fransada dəmiryolçular tətilə hazırlaşırlar
Fransanın “Sud-Rail” həmkarlar təşkilatı 17 aprel-2iyun tarixlərində kütləvi tətillə bağlı bildiriş yayıb.
Fhnews.az “Figaro”ya istinadla xəbər verir ki, bu dəfə dəmiryol nəzarətçiləri tətil edəcəklər. Pasxa bayramında, sərnişin sıxlığının maksimum olacağı dövrdə də tətil davam edəcək.
Həmkarlar təşkilatı bildirir ki, nəzarətçilər iş rejiminin yaxşılaşdırılımasını, iş qrafikinə ciddi əməl olunmasını və maaşların artırılmasını tələb edirlər.
Fransa Milli Dəmir Yolları Cəmiyyəti (SNCF) isə indiyədək kollektiv müqavilədən irəli gələn bütün öhdəliklərini yerinə yetirdiyini bildirib.
Diş əti xəstəliyi ilə ürək ritm...
Üztanıma texnologiyası bioloji xərçəngin...
Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi...
Mərakeşdə binanın çökməsi insan tələfatı...
Son 30 ildə dünyada dəniz səviyyəsinin...