BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak etmək və tədbir çərçivəsində BAMF-ın yan tədbirini keçirmək məqsədilə təşkilatın İsveçrənin Cenevrə şəhərindəki qərargahında olub.
Fonddan verilən məlumata görə, BAMF-ın prezidenti Umud Mirzəyevin, Proqram departamentinin əməkdaşı Jon Ayomidenin və qurumun xüsusi nümayəndəsi Nik Nvolisanın iştirak etdikləri səfər çərçivəsində BMT rəsmiləri və Cenevrədə təmsil olunan QHT-lər ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, “Münaqişə zonalarında uşaqların hüquqları” adlı yan tədbir BAMF-ın təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə martın 27-də keçiriləcək. Tədbirdə müasir dünyada münaqişələrin dağıdıcı təsirlərinə məruz qalan azyaşlıların, o cümlədən ötən əsrin 80-ci illərinin sonunda öz doğma torpaqlarından deportasiya olunan, Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq.
Bəzi marşrutların hərəkətində tam...
Son iki ayda sosial sahə üzrə 113 min...
Aeroport şosesində yol-nəqliyyat...
BMT-nin Cenevrə ofisində Qarabağ...
Azərbaycandakı dini konfessiya...