26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

25-03-2025
IMG

Türkiyə dərsliklərində və tədris vasitələrində istifadə olunan altı xəritə yenilənib, 40 yeni xəritə hazırlanıb. Yenilənənlər arasında Türk dünyası, Türkiyənin inzibati ərazi bölgüsü və quru-dəniz sərhədləri, dünyanın siyasi, Türkiyənin, dünyanın və Kipr adasının fiziki xəritələri yer alır.

Fhnews.az xəbər verir ki, yenilənmiş kitabların 2025-2026-cı tədris ilindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan əlavə, Türkiyədə kənd təsərrüfatı inqilabının baş verdiyi bölgələr, İslamın yaranma və yayılma xəritələri, Osmanlı imperiyasının əhalisi və hakimiyyət sahələri, qədim Anadolu sivilizasiyalarının yerləşdiyi bölgələr, Türkiyə Səlcuqlu və Uyğur dövlətlərinin xəritələri başda olmaqla, 40 yeni xəritə hazırlanıb.

Dərs vəsaitlərinin funksionallığının artırılması məqsədilə elmi əsaslarla tərtib edilən yeni bu xəritələr xüsusilə Türkiyənin geosiyasi mövqeyi, tarixi və regional inkişaf proseslərini əks etdirir.

Layihə Türkiyənin Milli Təhsil Nazirliyi (MTN) ilə Milli Müdafiə Nazirliyinin (MSB) Təlim və Tərbiyə Baş İdarəsi arasında imzalanan protokol əsasında həyata keçiriləcək.

Paylaş: