Çin alimləri Mariana çuxuru üçün yeni robot hazırlayıblar
Qeyd edək ki, Beihang Universitetinin müəllimlərinin rəhbərlik etdiyi tədqiqatçılar yarasa balıqlarının hərəkət nümunələrindən ilhamlanaraq, üzmək, sürüşmək və sürünmək qabiliyyətinə malik 50 santimetr uzunluğunda robot hazırlayıblar.
Fhnews.az xəbər verir ki, robotun üzərkən quyruq üzgəcindən aldığı təkanla maksimal sürəti saniyədə 5,5 santimetrə çata bildiyi, sürünərkən əzalarından istifadə edərək qumlu səthlərdə saniyədə 3 santimetr sürətlə hərəkət edə bildiyi bildirilib. Bu tip kompakt robot Mariana xəndəyində və digər dərin dəniz nöqtələrində çöl sınaqlarını uğurla başa vuraraq bütöv şəkildə səthə çıxıb.
Komanda dəniz resurslarının inkişafı, arxeologiya və ətraf mühitin monitorinqi kimi sahələrdə istifadə üçün dərin dəniz robotunun davamlılığını və səmərəliliyini artırmağı hədəfləyir.
Taylandda ənənəvi festivala hazırlıq...
ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...
Fransada iki kəşfiyyat təyyarəsi...
Göydəki sirli işıq...