ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada məcburi eniş edib
ABŞ-na məxsus Osprey tipli hərbi nəqliyyat təyyarəsi Yaponiyanın Naqano əyalətində təcili eniş edib və hava limanının müvəqqəti bağlandığı bildirilib.
Yaponiyanın “Jiji Press” xəbər agentliyinin məlumatına görə, Naqano qubernatorluğu rəsmiləri ABŞ-na məxsus Osprey tipli nəqliyyat təyyarəsinin yerli vaxtla saat 15:00 radələrində Matsumoto hava limanına təcili eniş etdiyini açıqlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, hava limanının yerli vaxtla 15.45 radələrində müvəqqəti bağlandığını bildirib.
Qeyd edək ki, 2023-cü il noyabrın sonunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "CV-22 Osprey" təyyarəsi Tokionun qərbində, Yokota aviabazasında adi təlim zamanı qəzaya uğrayıb.
Ölkənin cənub-qərbində Yakuşima adasının sahillərində qəzaya uğrayan “CV-22 Osprey” təyyarəsindəki ABŞ-ın ekipajından 8 nəfər həyatını itirib.
Yaponiyada baş verən bu qəzadan sonra V-22 Ospreys-in yerdə qalmasına qərar verildi. V-22 Osprey-lərin mart ayında bəzi məhdudiyyətlərlə yenidən havaya qalxmasına icazə verilib.
Çanaqqalada 41 nəfər qanunsuz miqrant...
Cənubi Koreyada helikopter qəzaya...
Çilidə 5,4 bal gücündə zəlzələ baş verib...
ABŞ-da seçki qaydalarını sərtləşdirən...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...