29 mart 2025, şənbə Bakı, 14°C
IMG-LOGO

Tədqiqatçılar milyonlarla il əvvəl yaşamış iki barmaqlı dinozavrın yeni növlərini kəşf ediblər

26-03-2025
IMG

Kanadalı tədqiqatçılar milyonlarla il əvvəl yaşamış Therizinosaurs adlı üçbarmaqlı dinozavrlar qrupuna aid olmasına baxmayaraq, iki barmaqlı caynaqlı yeni bir dinozavr növü kəşf ediblər.

Kalqari Universitetinin tədqiqatçıları Monqolustan və Çinə yayılan Qobi səhrasından götürdükləri nümunələrin 66 ilə 100,5 milyon il əvvəl, Təbaşir dövrünün sonunda yaşamış dinozavrlara aid olduğunu bildiriblər.

Tədqiqatçılar bu nümunələrin arxa ayaqları üzərində dayana bilən və ümumiyyətlə 3 barmaqlı pəncələri olan Terizinosaur adlı yeni dinozavr qrupuna aid olduğunu müəyyən ediblər.

Adi 3 barmaqlı Therizinosaur qrupundan fərqli olaraq 2 barmağı olduğu qeydə alınan bu dinozavr növünü tədqiqatçılar "Duonychus tsogtbaatari" adlandırıb və bu növün təxminən 260 kiloqram ağırlığında olduğunu düşünürlər.

Tədqiqatçılar bu yeni növün uzun, əyri pəncələrinin güclü elastikliyi sayəsində bitkiləri yaxşı tutmasına kömək edə biləcəyini və müdafiə məqsədi ilə də istifadə edilə biləcəyini deyirlər.

Paylaş: