İstanbulda Yavuz Sultan Səlim körpüsündən dəmir yolu keçəcək
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir mətbuat mənsubları ilə görüşündə Suriya ilə nəqliyyat təmaslarından tutmuş super sürətli qatar layihəsinə, metro və magistral sərmayələrindən rəqəmsal platformalarda hüquqi araşdırmalara qədər bir çox mövzuda açıqlamalar verib. Yavuz Sultan Səlim körpüsündən keçəcək dəmir yolu ilə bağlı Dünya Bankı ilə aparılan danışıqların müsbət irəlilədiyini ifadə edən Uraloğlu əlavə edib ki, təxminən 120 kilometrlik xəttin kreditinin böyük hissəsi təmin edilib, tenderi də önümüzdəki aylarda keçiriləcək.
Türkiyənin Suriya ilə quru, dəmir yolu, hava, dəniz və kommunikasiya sahələrində təmasda olduğunu izah edən Uraloğlu "Suriyadakı yollara baxdığımızda istənilən standartlarda olmasa da, artıq işlək bir sistem var"-deyə bildirib.
Mövcud magistralların yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğulayan Uraloğlu, bu işlərin fəaliyyət planı çərçivəsində həyata keçiriləcəyini, lakin magistralın abadlaşdırılmasının prioritet olmadığını qeyd edib.
Suriya tərəfində təxminən 50 kilometrlik dəmir yolu xəttinin tamamilə məhv edildiyini bildirən Uraloğlu əlavə edib ki, dəmir yolunu çəkməyə çalışırıq. Bunu bacarsaq, dəmir yolunu Dəməşqə bağlayacağıq. Bu, gündəmimizdədir.
Sloveniya limanı Orta Dəhlizə qoşulacaq...
Çində uçan avtomobillərlə sərnişin...
Beyinin qısamüddətli yenidən...
Süni intellekt Britaniyada nəfəs...
Yeni kəşf saç tökülməsinin müalicəsi...