Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Sinoptiklərin də bildirdiyi kimi, hazırda dumanlı hava şəraiti ilə əlaqədar bir sıra magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşıb.
Fhnews.az Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava ilə bağlı xəbərdarlığını təqdim edir.
“Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda əhalinin bayram tətilindən daimi yaşayış yerlərinə qayıtmaları səbəbindən yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”.
Azərbaycanda 12 günlük bayram tətili...
Xaçmaz və Quba rayonlarında yanğın...
Əksər bölgələrdə küləkli və yağıntılı...
Abşeronda avtomobildə yanğın söndürülüb...
Xaçmaz və Quba rayonlarında yanğın olub...