İtaliyada "Tesla" dilerində 17 avtomobil yanıb
İtaliyanın paytaxtı Romada “Tesla” dilerində səhər saatlarında baş verən yanğın nəticəsində 17 avtomobil kül olub.
Ölkə mətbuatında yer alan xəbərə görə, paytaxtın şərqində, Terranova bölgəsində, Serracapriola küçəsində yerləşən “Tesla” dilerində yerli vaxtla səhər saat 04.30 radələrində naməlum səbəbdən yanğın baş verib.
Yanğında xəsarət alan olmayıb, yanğınsöndürənlərin saatlarla müdaxiləsindən sonra yanğın söndürülüb. Lakin hadisə zamanı 17 avtomobil yanıb.
Polis hadisə yerində araşdırma aparır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...