Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart ayında 7 600-dən çox müraciət daxil olub
Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7627 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub.
BŞTİ-dən verilən məlumata görə, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5253 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1034 müraciət daxil olub.
BŞTİ-yə 1151 sənəd (vətəndaşlar tərəfindən 273 ərizə, Elm və Təhsil Nazirliyindən 254, digər qurumlardan 173, tabelikdə olan təhsil müəssisələrindən 315 məktub və 136 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 189 elektron müraciətə baxılıb.
Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Rəqəmsal iqtisadiyyatın müasir...
V Azərbaycan Astronomiya Olimpiadasının...
“Müasir din təhsili modelləri ənənələr...
Moskva Dövlət Beynəlxalq Əlaqələr...
Azərbaycan Gənc Müəllimlər...