Şimali Koreya və Rusiyanın nəhəng körpü layihəsi
Şimali Koreya və Rusiya illərdir davam edən strateji tərəfdaşlıqlarını yeni bir infrastruktur layihəsi ilə gücləndirməyə hazırlaşır. 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılan 4 kilometr uzunluğundakı körpü Şimali Koreyanın şimalını Rusiyanın şərqi ilə birləşdirəcək.
Körpü 1959-cu ildə istifadəyə verilmiş mövcud “Dostluq körpüsü” dəmir yolu bağlantısının yaxınlığında yerləşəcək. Rusiya, Şimali Koreya və Çin arasında təbii sərhəd rolunu oynayan Tümen çayı üzərində tikiləcək bu layihə bölgədəki əlaqələri gücləndirməyi hədəfləyir.
Tikinti hələ başlamasa da, Rusiya lideri Vladimir Putinin 2024-cü ildə Şimali Koreyaya səfərindən sonra layihəyə yaşıl işıq yanıb.
Putinin təmasları Pxenyanla Moskva arasında əlaqələrin gücləndiyini göstərən dönüş nöqtəsi kimi qiymətləndirilib. "Hazırda tərəflər layihə sənədlərini tamamlayır, tikinti qruplarını formalaşdırır və lazımi avadanlıqları toplayır" – deyə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib.
Matseqora Rusiyanın dövlət xəbər agentliyi olan RİA-ya bildirib ki, körpünün tikintisi prosesi hələ başlamamışdır, lakin hazırlıqlar davam edir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən cümə günü Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inı ABŞ və Rusiya arasında davam edən əlaqə barədə məlumatlandırdığını bildirib.
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...
Antalyada yağışdan sonra dənizin rəngi...
Yaponiyanın cənubunda 6 bal gücündə...