2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

“Space X” qütb bölgəsini araşdırmaq üçün kosmik missiyaya başlayır

01-04-2025
IMG

Arktika bölgəsi son illərdə getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Xüsusilə buzlaqların əriməsi nəticəsində yaranan yeni ticarət yolları və yeraltı sərvətlər bölgəyə marağı artırıb. Bu məqsədlə İlon Maska məxsus “Space X” şirkəti də bölgəni araşdırmaq üçün kosmos missiyasını həyata keçirib.Şirkətin “Dragon” kosmik gəmisi ABŞ-nın Florida ştatından buraxılıb.

4 nəfərlik heyətlə missiya 3-5 gün davam edəcək.Bu uçuş qütb bölgələri üzərindəki ilk missiya kimi önə çıxır, buna görə də bölgə kosmosdan tədqiq ediləcək.

Kosmos səyahətinin insan sağlamlığına təsirlərini araşdırmaq üçün də 22 tədqiqat  aparılacaq.

Paylaş: