Azərbaycan ilə İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 1-də İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X sosial şəbəkə hesabında bildirib.
Prezidentin köməkçisi qeyd edib: “Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin 2025-ci ilin fevralında İrana səfər zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi”.
Almaniya Prezidenti Frank-Valter...
Bakıda Azərbaycan-Çin strateji...
Azərbaycan ilə Çin arasında strateji...
Baş nazir Əli Əsədov Çin Kommunist...
Almaniya Prezidenti Frank-Valter...