Hindistan Respublikasının Baş naziri Narendra Modidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Mübarək Ramazan ayında İslam inanclı 200 milyon hindistanlı dünyadakı qardaş və bacılarına qoşularaq oruc tutub və dua edib.
Ramazan bayramı təfəkkür, şükür və birlik bayramıdır.
Bu bayram qlobal birliyin üzvləri olaraq bizi birləşdirən mərhəmət, alicənablıq və həmrəylik dəyərlərini əks etdirir.
Bu əlamətdar bayram münasibətilə bütün dünya xalqlarına cansağlığı, xoşbəxtlik, sülh və harmoniya arzulayırıq. Qoy ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Narendra Modi
Hindistan Respublikasının Baş naziri
İraqın Milli Dövlət Qüvvələri...
İraq Kürdüstan Regionunun Baş naziri...
İqtisadi Şuranın növbəti iclası...
Seneqal Respublikasının Prezidenti...
Qambiya Respublikasının Prezidenti Adama...