8 aprel 2025, çərşənbə axşamı Bakı, 22°C
IMG-LOGO

BMT baş katibi zəlzələdən zərər çəkmiş Myanmaya yardımı artırmağa çağırıb

03-04-2025
IMG

Birləşmiş Millətlər Təşkilatının  baş katibi Antonio Quterres Myanmada baş verən zəlzələlərdən sonra ölkənin tam dağıntılar içərisində olduğunu bəyan edərək, beynəlxalq ictimaiyyəti maliyyələşdirməni artırmağa çağırıb.

Antonio Quterreş BMT binasında Myanmadakı vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib.

Keçən həftə Cənub-Şərqi Asiyada baş verən zəlzələlərin Tayland və digər bölgələri ağır şəkildə vurduğunu, lakin xüsusilə Myanmanın episentri olduğunu ifadə edən Quterreş, "Myanma bu gün tam dağıntı və ümidsizlik səhnəsidir. Bu fəlakət ölkə daxilində insanların üzləşdiyi daha dərin zəiflikləri ortaya çıxardı"-deyib. Myanmanın zəlzələlərdən əvvəl siyasi, insan haqları və humanitar böhranlarla sarsıldığını xatırladan Quterreş bu vəziyyətin təkcə ölkə xalqına deyil, həm də qonşu ölkələrə və daha geniş bölgələrə zərər verdiyinə diqqət çəkib.

Myanmada təxminən 20 milyon insanın, yəni hər üç nəfərdən birinin humanitar yardıma ehtiyacı olduğunu vurğulayan Quterreş BMT baş katibinin humanitar məsələlər üzrə müavini və təcili yardım koordinatoru Tom Fletçeri Myanmaya göndərdiyini açıqlayıb. 

Ölkə daxilində ən çox ehtiyacı olanlara çatmaq üçün sürətli, təhlükəsiz, davamlı və maneəsiz humanitar çıxışa da çağırdığını ifadə edən Quterreş, müvəqqəti atəşkəs elanlarını da alqışladığını söyləyib.Quterreş bəyan edib ki, faciə fürsətə çevrilməli, münaqişələr bitdikdən sonra tezliklə ciddi siyasi dialoqa başlanılmalı, siyasi məhbuslar azad edilməlidir.

Paylaş: