Türkiyədə heyvan dərisindən hazırlanmış geyimlər üçün yeni tənzimləmə
Artıq geyimlərdə istifadə edilən dərinin hansı heyvandan istehsal olunduğunun dəqiqləşdirilməsi məcburidir. Hazırlanmış layihəyə əsasən, dəri məmulatlarının alındığı heyvan növləri artıq məhsulun etiketlərində aydın şəkildə göstərilməlidir. Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanan tənzimləmə ilə dana, qoyun və ya donuz dərisi kimi heyvan hissələri olan malların etiket və qablaşdırmasında onların hansı heyvandan alındığına dair məlumatlar yer alacaq. Mövzu ilə bağlı Ticarət Nazirliyi “Bəzi İstehlak Məhsullarında Uyğunluğun Yoxlanmasına dair Bəyanatda Dəyişikliklər edilməsinə dair Bildiriş layihəsi” hazırlayıb. Layihənin məqsədi tərkibində hansı heyvan mənşəli məhsulların olması barədə istehlakçıları tam və dəqiq məlumatlandırmaqdır.
Tənzimləmə istehlakçılara məhsulun məzmunu haqqında daha çox məlumat vermək məqsədi daşıyır. Bundan əlavə, süni, veqan və sintetik dəri kimi ifadələrlə qeyri-heyvan hissələrinin istehlakçıya çaşdırılmasının qarşısının alınması planlaşdırılır. Hazırlanan layihəyə əsasən, tərkibində heyvan hissələri olan istehlak məhsullarının etiketinə, qablaşdırmasına və ya onu müşayiət edən sənədə bu hissənin hansı heyvandan alındığı barədə məlumatların əks etdirilməsi məcburi olacaq. Bu məlumatlar türk dilində və ən az 12 punto ölçüsündə hazırlanacaq. Uzaqdan əlaqə vasitələri ilə edilən satışlarda məhsulun xüsusiyyətlərinin ifadə olunduğu sahədə istehlakçıya məlumat təqdim ediləcək. Beləliklə, istehlakçı dana, donuz və ya qoyun dərisindən istehsal olunan mallar haqqında məlumat əldə edəcək.
Tənzimləmə tərkibində heyvan hissələri olan tekstil məmulatları, əlcəklər, ayaqqabılar, çantalar, cüzdanlar, kəmərlər, saatlar, zərgərlik məmulatları, dəftərxana ləvazimatı, mebel, xalça və oyuncaqlar kimi məhsul qruplarını əhatə edəcək. Nazirlikdən alınan məlumata görə, tənzimləmənin həm istehlakçılara, həm də bazara müsbət təsir edəcəyi gözlənilir.
İstehlakçılar da bu məhsulları alarkən daha məntiqli seçimlər edə biləcəklər. Bu məhsullar haqqında məlumatlandırma öhdəliyinin tətbiqi ilə şəffaflığın artacağı və şirkətlərin məzmunla bağlı daha məsuliyyətli olacağı gözlənilir.
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...
Londonda nəhəng balina heykəli diqqəti...
Dənizin dərinliklərində nəhəng kalamar...