16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Tbilisidəki məşhur "Lilo" bazarında güclü yanğın baş verib

16-04-2025
IMG

Gürcüstan paytaxtı Tbilisidəki məşhur "Lilo" bazarında güclü yanğın baş verib.

Fhnews.az xəbər verir ki, hazırda bazardakı bir sıra mağazalarda yanğın davam edir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib və yanğının söndürülməsinə çalışılır. Hadisənin hansı səbəbdən baş verməsi barədə isə hələ ki, heç bir məlumat yoxdur.

Havanın yağmurlu keçməsinə baxmayaraq, yanğının əhatəsi genişlənir.

Paylaş: