15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllü qeydiyyatında rekord nəticə qeydə alınıb

13-04-2025
IMG

Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-in könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb.

BHŞ-dən verilən məlumata görə, cəmi 48 saat ərzində 31,000-dən çox müraciətin daxil olması Azərbaycan Qran-Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb.

Ötən il bu rəqəm 16,000 idi.

Qeyd edək ki, ötən il 2000 könüllü Formula 1 Azərbaycan Qran-Prisinin təşkilində yaxından iştirak edib.

Paylaş: