15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
 

13-04-2025
IMG

Almaniyanın Aşağı Saksoniya əyalətinin Saltsqitter şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Fhnews.az “Bild” qəzetinə istinadla xəbər verir ki, havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan təyyarə şirkətin ərazisində anbarın üzərinə düşüb. Nəticədə güclü yanğın baş verib. Ölən şəxslərin təyyarəni idarə edən pilotlar olduqları bildirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Paylaş: