Bəzi sahələrdə qatarların sürət həddi endirilib
Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib ki, bununla bağlı Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir.
ADY qatarların qrafik üzrə fəaliyyətini...
İİTKM “Startup School 3” layihəsinə...
Azərbaycan mobil internetin sürəti üzrə...
141E nömrəli müntəzəm marşrutun hərəkət...
Nazirlik: ÜDM-in real artım tempinin...