Böyük Britaniyada yüksək viza xərcləri elmi kadrlara maneə yaradır
Böyük Britaniyada xarici vətəndaşlar üçün yüksək viza xərcləri ölkəyə beynəlxalq alim və mühəndislərin cəlb olunmasına ciddi əngəl törədir.
Fhnews.az “Reuters”ə istinadla xəbər verir ki, “Royal Society” elmi akademiyası Böyük Britaniyada immiqrasiya rüsumlarının digər ölkələrlə müqayisədə 17 dəfə baha olduğunu bildirib. Bu da ölkənin ixtisaslı kadrlara olan ehtiyacını qarşılamağı çətinləşdirir və iqtisadi inkişaf məqsədlərinə zərbə vurur.
Xərçəng üzrə tədqiqat laboratoriyasının rəhbəri Ed Roberts qeyd edib ki, viza xərclərinə görə xaricdən mütəxəssis tapmaq bir ildən çox vaxt aparıb. O, Honqkonqdan bir alimin 15 min funt sterlinqlik ilkin viza ödənişinə görə iş təklifini rədd etdiyini bildirib. Digər bir çox işəgötürənlər kimi, laboratoriya yalnız əməkdaşın viza xərclərini qarşılayır, lakin ailə üzvlərinin xərcləri ödənilmir.
Qeyd edək ki, hazırkı siyasət ABŞ-da elmi maliyyələşdirmənin azaldılmasından sonra Britaniyaya gəlmək istəyən alimlərin də yolunu bağlaya bilər.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun...
Yaponiyada tibbi imtahandan uğurla keçən...
ŞKTC Prezidenti Azərbaycan alimlərini...
Təbii zənginliyi ilə dillərə dastan...
Türkiyənin turizm gəliri artıb...