ADU-da “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərində tərcümələrinin təqdimatı olub
Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərində tərcümələrinin təqdimatı keçirilib.
Bu barədə universitetdən bildirilib. Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərinə tərcüməsi mühüm əhəmiyyətə malikdir: “Bu nəşr Zəfər təntənəsinin, onun əsas ilhamverici qüvvəsinin əks olunduğu möhtəşəm bir kitabdır. Kitabın fransız və urdu dillərinə tərcümə olunması böyük məna daşıyır. Bildiyiniz kimi, bundan əvvəl də bir neçə dilə tərcümə olunmuş kitabın əks-sədası artıq dünyanın bir sıra ölkələrindən eşidilməkdədir. Nəhayət ki, biz öz həqiqətlərimizi dünyanın hər yerinə çatdıra bilirik. Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan həqiqətlərini bütün dünya qəbul edir”.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı haqqında məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə dövlətimizin başçısı İlham Əliyevin müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət amili baxımından nəzərdən keçirilməsindən ibarətdir.
Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Gülnarə Sadıxova çıxışında bildirib ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, Azərbaycana qarşı ideoloji və informasiya müharibəsi hələ də başa çatmayıb. Kitabın fransız dilində nəşr olunması böyük strateji əhəmiyyətə malikdir.
ADU-nun Pakistan dili və mədəniyyət mərkəzinin rəhbəri Athar Mahmood Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin nəticələrindən söz açıb.
Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova bildirib ki, kitabda Prezident İlham Əliyevin 44 günlük müharibə ilə bağlı mülahizələri fransız dilində oxuculara təqdim edilib.
Daha sonra ADU-nun tələbələri videoslayd şəklində “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının bölmələrinin qısa izahını veriblər.
ADU-da “Vətən müharibəsi tarixi....
AMEA Naxçıvan bölməsində elmi konfrans...
Agentlik: 85 minə yaxın uşaq avtomatik...
Məktəblilər 42-ci Balkan Riyaziyyat...
Prezident Kitabxanasında “Welcome to...