Azərbaycanın xarici işlər naziri Küveytin Vəliəhdi ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İki ölkə arasında mövcud siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyəli səfər və təmasların daha da artırılmasının əhəmiyyəti vurğulanıb. Xarici İşlər nazirlikləri arasında baş tutan siyasi məsləhətləşmələrin əməkdaşlıq üçün potensial sahələrin müəyyən olunması baxımından faydalı olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın növbəti ildə İƏT-ə sədrliyi çərçivəsində birgə fəaliyyət məsələlərindən bəhs edilib.
Vəliəhd Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkəmizə səfərini və Prezident İlham Əliyev ilə baş tutan görüşünü xatırlayaraq, aparılan müzakirələr zamanı ölkələrimiz arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm kimi istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələlərinə vurğu edildiyini diqqətə çatdırıb.
Bu baxımdan, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Birgə Komissiyanın keçiriləcək iclasının vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq...
Ceyhun Bayramov küveytli həmkarını...
Azərbaycanın xarici işlər naziri...
Ruben Vardanyanın məhkəməsində...
İordaniyalı qonaqlar Azərbaycan...