29 aprel 2025, çərşənbə axşamı Bakı, 9°C
IMG-LOGO

Oğurlanan Mark Avreli heykəli 65 ildən sonra ABŞ-dan Türkiyəyə qaytarılır

29-04-2025
IMG

1960-cı illərdə qanunsuz qazıntılar nəticəsində Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan Roma İmperatoru Mark Avrelinin bürünc heykəli rəsmən Türkiyəyə qaytarıldı.
Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı Mark Avrelinin filosof xüsusiyyətini əks etdirən bu unikal tunc heykəlin 1960-cı illərdə Türkiyənin cənub-qərbindəki qədim Bubon şəhərində qeyri-qanuni qazıntılar nəticəsində xaricə aparıldığını bildirib.

Heykəl iyulda Türkiyəyə qaytarılmadan əvvəl ABŞ-nın Klivlend İncəsənət Muzeyində 3 ay müddətində xüsusi sərgidə nümayiş etdiriləcək.

Nazir müavini "İyul ayında heykəl ölkəmizdə öz mədəniyyət kontekstində yenidən nümayiş olunacaq. Beləliklə, Mark Avrelinin uzun səyahəti nəhayət ki, aid olduğu torpaqlarda sona çatacaq"-deyə bildirib.

Paylaş: